27 Avq 2025
Xəzər dənizinin dayazlaşması həm ekologiyaya, həm də region ölkələrinin iqtisadiyyatına və siyasətinə mənfi təsir göstərir.
"Report" xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası çərçivəsində bildirib.
"Xəzər regionu Avrasiya siyasətinin mərkəzlərindən birinə çevrilir. Buna görə də Xəzər regionunda təhlükəsizliklə bağlı məsələlər həm Azərbaycana, həm də Qazaxıstana toxunur", – o bildirib.