• 14 °C
|

Türkiyə Netanyahunun təyyarəsi üçün öz hava məkanından istifadəyə icazə verib

30 Aprel 2025
img

Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər edəcək təyyarəsi üçün öz hava məkanından istifadəyə icazə verib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan-İsrail Alyansı (AIA) məlumat yayıb.

Ötən gün “The Times of Israel” qəzeti İsrailin Baş nazirinin mayın 7-də Bakıya gələcəyini bildirib.