2025-ci ilin yanvar-martayları ərzində Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 965milyon 218min təşkil edib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.7% və ya 317.4 milyon ABŞ dolları azalıb.
Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2024-cü ilin yanvar-martayları ilə müqayisədə 6.3% artaraq 373milyon 286min, satışı isə 36.4% azalaraq 591milyon 931.7min təşkil edib.
Bu dövrdə banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar-martayı ilə müqayisədə 2.1 dəfəartaraq52milyon 980.7 min, satışı isə 11.5% artaraq 50milyon 148.9min təşkil edib.