• 16 °C
|

Bakı Ali Neft Məktəbinin tələbələri “Texnofest 2025”-in qalibi oldular

3 May 2025
img

Bakı Ali Neft Məktəbinin "BANM 6" komandası Teknofest Aerokosmik və Texnologiya Festivalında uğur qazanıb.

APA-nın məlumatına görə, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən “Texnofest 2025″də iştirak edən BANM komandası iki nominasiyada qalib olub.

Belə ki, yarışmanın final mərhələsində BANM-nin "Qızılqaya“ komandası "Texnologiyalar” kateqoriyası üzrə birinci yer qazanıb.

Universitetin "Xudafərin" komandası isə “Tədqiqat Layihələri – Ətraf Mühit və Enerji” kateqoriyası üzrə üçüncü yer qazanıb.

BANM-ın yetirmələrinə mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan təqdim edib.