• 17 °C
|

Yəməndə sement zavoduna zərbə nəticəsində 42 nəfər xəsarət alıb – YENİLƏNİB

6 May 2025
img

İsrail və ABŞ-nin Hərbi Hava Qüvvələrinin Yəmənin Əl-Hodeyda əyalətindəki “Badjel” sement zavoduna endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

"Badjel sement zavodunda Amerika-İsrailin hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb", – telekanalın xəbərində deyilir.

Günün əvvəlində Yəmənin “Ənsar Allah” hərəkatının Səhiyyə Nazirliyi Əl-Hodeydadakı “Badjel” sement zavoduna endirilən zərbələr nəticəsində azı 21 nəfərin yaralandığını bildirib.

05.05.2025.23:33

İsrailin Yəmənin husilərin nəzarətində olan Əl-Hodeyda əyalətində sement fabrikinə endirdiyi zərbələr nəticəsində azı 21 nəfər yaralanıb.

“Report” SABA agentliyinə istinadən xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyi məlumat yayıb.

“İlkin məlumata görə, ABŞ və İsrailin "Badjel" sement zavoduna endirdiyi zərbələr nəticəsində 21 mülki şəxs yaralanıb”, – açıqlamada bildirilib.

Qeyd edək ki, bu gün ABŞ və İsrail husilərin nəzarətində olan Hodeyda şəhərinə birgə güclü zərbələr endirməyə başlayıb.