• 27 °C
|

Son bir həftədə 1730 elektron xəstəlik vərəqi imzalanıb – RƏSMİ

7 May 2025
img

“E-bülleten” sisteminə keçid olunan gündən mayın 6-dək 1730 elektron xəstəlik vərəqi imzalanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, mayın 1-dən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində elektron sənəd formasına keçilib.