• 20 °C
|

Hakan Fidan ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub

12 May 2025
img

Mayın 12-də Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub.

APA xəbər verir ki, tərəflər Rusiya prezidenti Vladimir Putinin mayın 15-də İstanbulda Urkaynadakı vəziyyətin nizamlanması üzrə birbaşa danışıqlara başlamaq təşəbbüsü ilə bağlı məsələlər ətrafında müzakirələr aparıblar.