• 27 °C
|

“Avroviziya 2025”in bütün finalçıları məlum olub – YENİLƏNİB

16 May 2025
img

İsveçrənin Bazel şəhərində “Avroviziya” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

“Report” xəbər verir ki, burada 16 ölkədən olan iştirakçılar final mərhələsinə çıxmaq uğrunda mübarizə aparıblar.

Televiziya tamaşaçılarının səsverməsinin nəticələrinə görə, müsabiqə finalçılarının ikinci onluğuna aşağıdakı ölkələr daxil olub: Litva, İsrail, Ermənistan, Danimarka, Avstriya, Lüksemburq, Finlandiya, Latviya, Malta və Yunanıstan.

Xatırladaq ki, birinci yarımfinalın nəticələrinə görə, Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya, Portuqaliya və Ukraynadan olan iştirakçılar finalçı olmuşdular.

Həmçinin final şousunda İsveçrə (ötən ilin qalibi) və Böyük Britaniya, Almaniya, Fransa, İspaniya və İtaliyadan olan ifaçılar iştirak edəcəklər – bunlar “Böyük beşlik” ölkələridir ki, avtomatik olaraq müsabiqənin finalına keçirlər.

“Avroviziya”nın finalı mayın 17-də baş tutacaq.

23:17

"Avroviziya – 2025" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi başlayıb.

"Report" xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.

Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.

Qeyd edək ki, müsabiqədə Azərbaycan “Mamagama” qrupunun “Run with U” mahnısı ilə təmsil olunub və ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb. İlk yarımfınalı Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri adlayıblar.