
Bakıda keçirilən “GlobE Network”un altıncı plenar iclası müxtəlif ölkələrin korrupsiyaya qarşı mübarizə qurumları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsində əsas rol oynayır.
"Report" xəbər verir ki, bunu iclas çərçivəsində Honkonqun (Çin) Korrupsiyaya qarşı mübarizə üzrə Müstəqil Komissiyasının nümayəndəsi Pol Çi Ho Lau jurnalistlərə bildirib.
"Bu platforma zərurətdir. Əlbəttə, biz beynəlxalq əməkdaşlığı başqa yollarla da davam etdirə bilərdik, lakin belə bir struktur olmadan o, bu qədər səmərəli olmazdı. Plenar iclas çərçivəsində biz şəxsən görüşmək, təcrübə mübadiləsi aparmaq, daha möhkəm əlaqələr qurmaq imkanına malikik", – o qeyd edib.