• 26 °C
|

Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib

23 May 2025
img

Belçika Kralı Filip Azərbaycan Prezidenti İlham Əliyevi milli bayram münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi, rifah və firavanlıq arzularımı çatdırıram".