
Ukraynaya mayın 24-ü gecədən səhərə qədər 250-dən çox "Şahid" tipli kamikadze dronları və 15 ballistik raketlərlə kütləvi hava hücumları olub.
"Report"un Şərqi Avropa bürosu Ukraynadan reportaj hazırlayıb.
Bunların yarıdan çoxu paytaxt Kiyevi hədəf alıb. Ukrayna Hava Hərbi Hava Qüvvələri Komandanlığı bildirib ki, zərbələrin tam əksəriyyəti havada zərərsizləşdirilib. Lakin fəsadlar çoxdur. Kiyevin Obolon, Svyatoşin, Qolosevski və Dniprovski rayonları ciddi zərər görüb.
Kiyev hərbi administrasiyasından verilən məlumata görə, təkcə paytaxtda 20-ə qədər sakin yaralanıb, 2 nəfər həlak olub, 10-dan çox çoxmənzilli yaşayış binası sıradan çıxıb. Çoxlu sayda fərdi avtomobil zərər görüb.
Kiyevdən başqa Ukraynanın Sumı, Xarkov, Dnepropetrovsk və Zaporojye vilayətləri də zərbələrə məruz qalıb.