Mikayıl Cabbarov: “Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz arasında strateji körpü rolunu oynayır”
26 Avq 2025
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə nazir “X” səhifəsində paylaşım edib.
"Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, biznes missiyalarının təşkili, işgüzar əlaqələri təşviq edən platformaların təkmilləşdirilməsi barədə müzakirələr apardıq. Həmçinin nəqliyyat dəhlizlərinin ticarət əlaqələrinin gücləndirilməsində rolu barədə fikirlərimizi bölüşdük", – paylaşımda deyilir.