• 29 °C
|

Xankəndidə ilk dəfə qəbul imtahanı keçirilir – FOTO

25 May 2025
img

İlk dəfə Xankəndi şəhərində qəbul imtahanı keçirilir.

APA-nın xəbərinə görə, Qarabağ Universitetində keçirilən imtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edirlər.

Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verirlər.