• 27 °C
|

Azərbaycan və Ukrayna XİN başçılarının geniştərkibli görüşü keçirilir – FOTO

25 May 2025
img

Xarici işlər naziri Ceyhun Bayramov və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında geniştərkibli görüş keçirilir.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Qeyd edilib ki, müzakirələr siyasi və iqtisadi əməkdaşlıq, ticarət, enerji, nəqliyyat əlaqələri və davam edən humanitar əməkdaşlığı əhatə edir.

Nazirlər həmçinin beynəlxalq və regional təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər.