18 İyn 2025
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə 25–27 may tarixlərində Moskvaya səfər edəcək.
APA xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində nazirlərin ikitərəfli münasibətlər və beynəlxalq gündəmin aktual məsələləri üzrə geniş formatda danışıqlar aparması planlaşdırılır.