12 May 2026

Maliyyə naziri Sahil Babayev maliyyə sabitliyi üçün əsas hədəfi açıqlayıb.
APA xəbər verir ki, bu barədə maliyyə nazir Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
Maliyyə naziri deyib ki, gələcək maliyyə sabitliyimizin qorunması baxımından əsas ana hədəfimiz büdcənin cari xərclərinin qeyri neft gəlirləri hesabına qarşılanmasıdır.