• 8 °C
|

Zoran Milanoviç Azərbaycan Prezidentini təbrik edib

27 May 2025
img

Xorvatiya Respublikasının Prezidenti Zoran MilanoviçAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevətəbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, xalqınıza firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizin inkişafı istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.