26 İyn 2025
Türkiyə, Azərbaycan və Pakistanın çətinliklər qarşısında həmrəyliyi və birgə fəaliyyətin inkişafını seçim deyil, zərurət kimi görür.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, üçtərəfli əməkdaşlığın daha da inkişafı üçün işlər davam etdiriləcək.
Ərdoğan üç ölkənin Zirvə görüşlərinin və nazirlər səviyyəsində toplantıların daimi mütəmadi olaraq keçiriləcəyini də əlavə edib.