• 29 °C
|

Hakan Fidan: Azərbaycan bayrağının vətənin hər qarışında dalğalandığını görməkdən qürur duyuruq

28 May 2025
img

“Can Azərbaycanın Müstəqillik Gününü ürəkdən qutlayıram”.

APA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşımında bildirilib.

“Bu gün hörmətli Prezidentimizlə birlikdə ziyarət etdiyimiz Laçında, Azərbaycan bayrağının vətənin hər qarış torpağında azad dalğalandığını görməkdən qürur duyuruq. İstiqlal mücadiləsində şəhid olan qəhrəmanlarımızı rəhmətlə, fədakar qaziləri minnətlə anıram”, – paylaşımda vurğulanıb.