• 24 °C
|

QHT üzvü: Əsas məqsədimiz Ermənistanın regiondakı ekoloji risklərinə qarşı mübarizənin daha effektiv aparılmasından ibarətdir

4 İyun 2025
img

Əsas məqsədimiz Ermənistanın regiondakı ekoloji risklərinə qarşı mübarizənin daha effektiv aparılmasından ibarətdir.

APA xəbər verir ki, bu sözləri “Enviromental Protection First” QHT Koalisiyasının keçirdiyi brifinq zamanı “Enviromental Protection First” QHT Koalisiyasının üzvü Amin Məmmədov deyib.

O bildirib ki, təmsil etdiyi təşkilat "Metsamor" stansiyasının fəaliyyətinin tez bir zamanda dayandırılmasını tələb edir:

"Bu təşəbbüsün əsas müəllifi Türkiyədə fəaliyyət göstərən "Doğa ve Çevre" İctimai Birliyidir. Bu yaxınlarda İğdırda "Metsamor" Atom Elektrik Stansiyasının zərərli fəaliyyəti ilə bağlı tədbirdə Türk ekoloqlar xüsusi bəyanat qəbul ediblər. Ermənistan Azərbaycanla sərhədə yaxın ərazilərdə həyata keçirdiyi dağ-mədən fəaliyyətinə görə heç bir hesabat dərc etmir. Mən hesab edirəm ki, bu stansiyanın fəaliyyətini dayandırması üçün əməli addımlar atılmalıdır".