• 11 °C
|

Putin və Tramp Rusiya-ABŞ əməkdaşlığının bərpası perspektivlərini müzakirə ediblər

4 İyun 2025
img

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Prezidentlər müxtəlif istiqamətlərdə Rusiya-ABŞ əməkdaşlığının bərpası perspektivləri barədə fikir mübadiləsi aparıblar. Hər iki dövlət başçısının fikrincə, bu, böyük potensiala malikdir", – Y.Uşakov söyləyib.

Onun sözlərinə görə, söhbətin sonunda hər iki lider fikir mübadiləsini müsbət və çox məhsuldar adlandırıb. Prezidentlər Rusiya-Ukrayna nizamlanması da daxil olmaqla, təmasları davam etdirmək barədə razılığa gəliblər.