• 25 °C
|

Şimali Kipr Prezidentinin müşaviri: Azərbaycan islamofobiya ilə mübarizəyə ən sadiq ölkələrdən biridir

5 İyun 2025
img

Azərbaycan islamofobiya ilə mübarizə üzrə genişmiqyaslı tədbir təşkil etməklə, bu mübarizəyə ən sadiq ölkələrdən biri olduğunu sübut etdi.

“Report” xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Prezidentinin xüsusi müşaviri Hüseyn Işıksalın Bakıda keçirilən islamofobiya ilə bağlı beynəlxalq elmi konfransda iştirakının yekunlarına dair məqaləsində deyilib.

"Azərbaycan islamofobiya ilə mübarizəyə ən sadiq ölkələrdən biridir. Bunu həmçinin ölkənin Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə davam edən uğurlu səyləri də göstərir", – o bildirib.

Ekspert mayın 26-27-də Bakıda keçirilən “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransı dünyanın 40-dan çox ölkəsindən alimləri, diplomatları, rəsmi şəxsləri və islamofobiya ilə mübarizə üzrə mütəxəssisləri bir araya gətirən əhəmiyyətli hadisə adlandırıb.

"Tədbir çərçivəsində islamofobiyanın əsasında duran qlobal, tarixi, teoloji və siyasi ölçülər haqqında məzmunlu müzakirələr təşkil edilib", – Işıksal qeyd edib.

O, məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciət ünvanladığını xatırladıb. Müraciətdə ölkənin islamofobiya ilə mübarizəni davam etdirmək əzmi vurğulanıb. Forum islamofobiya ilə mübarizədə beynəlxalq həmrəyliyə və dünya üzrə müsəlman icmalarının hüquqlarının müdafiəsinə çağırışla başa çatıb.