• 25 °C
|

Rusiyada erməni əsilli iş adamı Areq Şepixin həbs edilib

6 İyun 2025
img

Moskva məhkəməsi erməni əsilli iş adamı, bloger Areq Şepixini ekstremizm işi üzrə 2 ay müddətinə həbs edib.

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, o, istintaq təcridxanasına göndərilib.

Cinayət işinin başlanmasına səbəb Şepixinin çeçenlərə və müsəlmanlara qarşı təhqiramiz ifadələr işlətdiyi videolar olub.