• 23 °C
|

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5%-ə yaxın artıb

10 İyun 2025
img

1 iyun 2025-ci il tarixə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,4 faiz artaraq 818,5 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 4,8 faiz artaraq 55,3 min təşkil edib.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 3,8 faiz artıb və 225,7 min olub.