17 İyn 2025
Ermənistanda partlayışda ölənlərin sayı 3-ə çatıb.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, partlayış zamanı dağıntılar altında qalanlardan birinin meyiti tapılıb.
***
11:04
Ermənistanda mənzildə qaz partlayışı olub, ölənlər var.
APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Çəmbərəkdə baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, üç nəfər dağıntılar altında qalıb.
Yaralı sayı 10-a yaxındır.