• 23 °C
|

Çingiz Hüseynzadə: “Avropa Oyunları Azərbaycanın idman ölkəsi olmasının sübutu idi”

12 İyun 2025
img

Avropa Oyunları Azərbaycanın idman ölkəsi olmasının sübutu idi.

"Report" xəbər verir ki bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

O, İcraiyyə Komitəsinin iclasında aparılan müzakirələrlə bağlı fikirlərini bölüşüb:

"Süni intellekt və idmanda innovasiya" müsabiqəsi elan etmişik. Bütün ölkələrdən istənilən şəxslər qoşula bilər. Toplantıda münsiflər heyətinin üzvlərini təsdiq etdik. Münsiflər heyətində Avropa Olimpiya Komitəsinin və Türkiyə Olimpiya Komitəsinin nümayəndələri də olacaq. Çünki növbəti Oyunlar Türkiyədə keçiriləcək. Eyni zamanda Milli Olimpiya Komitəsinin nümayəndəsi və Avropa Oyunlarının səfiri olan Tünzalə Ağayeva, həmçinin güləş üzrə Avropa çempionu Rəsul Çunayev də bu heyətə daxil edilib".

Ondan başqa ticari məsələləri müzakirə etdik. Bu yaxınlarda EYOF deyilən bir tədbir keçiriləcək. Yəni yeniyetmələrin Avropa festivalı. Biz orda böyük komanda ilə iştirak edəcəyik. Bu iştirakla əlaqədar cari məsələlər müzakirə olunur.