• 16 °C
|

Trampın Ukrayna üzrə nümayəndəsi: Biz hazırkı mövqelərdə atəşkəsə nail olmaq istəyirik

13 İyun 2025

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib ki, ABŞ təmas xəttində hərbi əməliyyatları dayandırmaqla Ukrayna münaqişəsinin həlli üçün sülh razılaşmasına nail olmaq istəyir.

“Report” xəbər verir, bu barədə Kelloq Brüsseldəki Alman Marşal Fondu forumunda çıxışında deyib.

“Biz hazırkı mövqelərdə atəşkəsə nail olmaq istəyirik: Kim harada dayanırsa, o ərazi onun arxasındadır. Bu, hüquqi tanınma deyil, faktiki tanınmadır. Sonra uşaqların, girov və əsrlərin qaytarılması həyata keçirilsin. Davamlı atəşkəs təkcə Ukrayna üçün deyil, həm də Avropa üçün faydalıdır”, – Kelloq bildirib.