• 22 °C
|

İran AEBA-nı İsfahanda radiasiya səviyyəsinin dəyişmədiyi barədə məlumatlandırıb

15 İyun 2025
img

İranın Atom Enerjisi üzrə Təşklatı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) məlumat verib ki, İsfahan şəhərindəki nüvə obyekti xaricində radiasiya səviyyəsi Israilin 13 iyun hücumundan sonra dəyişməyib.

“Report” xəbər verir ki, bu barədə AEBA “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Daha əvvəl agentlik bu obyektdəki dörd kritik əhəmiyyətli binanın, o cümlədən uranın çevrilməsi obyektinin zədələndiyini bildirib.

AEBA bəyan edib ki, İranın İsfahandakı nüvə obyektləri bir neçə dəfə hücuma məruz qalıb.

İyunun 13-də İsrailin Müdafiə Ordusu İsfahandakı nüvə obyektinə hava zərbəsi endirdiyini bildirib. Uran istehsalı və zənginləşdirilməsi ilə məşğul olan müəssisələr, laboratoriyalar, infrastruktur obyektləri dağıdılıb.