• 24 °C
|

Netanyahu İsrailin hərbi-siyasi kabinetinin fövqəladə iclasını çağırıb

15 İyun 2025
img

İsrailin Baş naziri Binyamin Netanyahu təcili olaraq hərbi-siyasi kabinetin fövqəladə iclasını çağırıb.

"Report"un xəbərinə görə, bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.

“Hazırda Baş nazir hərbi-siyasi kabinetin iclasını keçirir”, – məlumatda deyilir.

Bundan əvvəl Ordunun mətbuat xidməti xəbər vermişdi ki, İsrail Hərbi Hava Qüvvələri Tehrandakı hərbi obyektlərə zərbələr endirməyə başlayıb. Eyni zamanda İrandan atılan raketlərin qarşısının alınması istiqamətində iş aparılır.