16 İyn 2025
İranın ali dini lideri Əli Xamenei İsrailin hədəf siyahısından çıxarılmayıb.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) İsrail rəsmisinə istinadən məlumat yayıb.
O bildirib ki, İsrail hakimiyyəti İslam Respublikasının nüvə proqramının məhv edilməsi üçün potensial hədəfləri, o cümlədən Xameneini nəzərdən keçirir. Mənbənin sözlərinə görə, İsrail Ordusunun zərbələri təkcə İranın nüvə infrastrukturuna qarşı deyil, həm də onun siyasi və hərbi sabitliyini pozmaq üçün həyata keçirilir.