İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
"Report" xəbər verir ki, bu barədə IRNA agentliyi keçmiş prezidentin ofisinin bəyanatına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Əhmədinejadın ofisi bu məlumatı yalan adlandırıb.
Bundan əvvəl bir sıra KİV-lər İslam Respublikasının keçmiş prezidentinin Tehranda öldürüldüyü barədə məlumat yayıb.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Tehranda sui-qəsd nəticəsində öldürülüb.
"Report" xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.
Məlumata görə, o, küçədə açılan atəşlə qətlə yetirilib.