• 28 °C
|

ABŞ idmançısı Bakıdakı UFC turnirində yalnız qələbəyə ümid edir

18 İyun 2025
img

ABŞ-dən olan MMA döyüşçüsü Kurtis Blaydes Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində yalnız qələbəyə ümid edir.

"Report"un məlumatına görə, o, bu barədə mətbuat konfransında deyib.

İdmançı Bakını gəzdiyini söyləyib:

"Amma hələ ki, yarış məkanında olmamışam".

O, rəqibini dəyərləndirib:

"Yaxşı döyüş sərgiləmək istəyirəm. Rəqibim debütanddır. Amma mən buna fikir verməyəcəyəm".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Kurtis Blaydes rusiyalı Rizvan Kunievlə üz-üzə gələcək.