İyunun 24-25-də Haaqada alyansın dövlət başçılarının sammiti çərçivəsində xarici işlər nazirləri səviyyəsində Ukrayna-NATO Şurasının iclası keçiriləcək.
"Report"un xəbərinə görə, proqramın sammiti NATO-nun saytında açıqlanıb.
Proqrama əsasən, Ukrayna-NATO görüşünün iyunun 24-də axşam saatlarında Alyansın baş katibi Mark Ruttenin sədrliyi ilə xarici işlər nazirləri səviyyəsində işçi nahar formatında keçirilməsi planlaşdırılır. Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində iclas, həmçinin işçi nahar formatında görüş Niderlandın müdafiə naziri Ruben Brekelmansın sədrliyi ilə baş tutacaq.
Eyni zamanda, NATO ölkələrinin liderləri həyat yoldaşları ilə birlikdə Heys-ten-Bos kral iqamətgahında kral Villem-Aleksander və Kraliça Maksimanın təntənəli qəbulunda olacaqlar.