• 25 °C
|

Türkiyə Hakimlər və Prokurorlar Şurasının sədri: Gələcək nəsillərə ötürüləcək ədalət mirası bizi birləşdirən əsas faktordur

19 İyun 2025
img

Gələcək nəsillərə ötürüləcək ədalət mirası Türk dünyasını birləşdirən əsas faktordur.

"Report" xəbər verir ki, bunu Türkiyənin Hakimlər və Prokurorlar Şurasının sədri Fuzuli Aydoğdu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Məhkəmə-Hüquq Şurası Sədrlərinin 3-cü iclasında deyib.

O bildirib ki, TDT güclü və tərəfsiz məhkəmə sisteminin qurulmasına cavabdehlik daşıyır:

"Bu gün burada həm də qardaşlığımızın daha da möhkəmlənməsi istiqamətində addım atırıq. Yaradılacaq şəbəkə bizim qurumlarımız arasında ortaq problemlərin həlli yollarının tapılması üçün mühüm platforma olacaq. Məhkəmə sistemi hakimiyyətin təməl daşıdır".