• 14 °C
|

Yevlaxda 1 nəfər kanalda batıb

19 İyun 2025
img

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu haqda FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.