• 29 °C
|

Rubio ilə Lemmi İran və Ukrayna məsələlərini müzakirə ediblər

20 İyun 2025
img

ABŞ dövlət katibi Marko Rubio və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi cümə axşamı keçirilmiş görüş zamanı İranla bağlı mövqelərini müqayisə edib, həmçinin Ukrayna böhranını müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Onlar İsrail və İran arasındakı münaqişəni müzakirə edib və İranın heç vaxt nüvə silahı hazırlaya və ya əldə edə bilməyəcəyi barədə razılığa gəliblər”, – məlumatda qeyd olunub.

Bildirilib ki, Rubio və Lemmi söhbət zamanı “Rusiya və Ukrayna arasındakı münaqişənin dayandırılması səyləri” də daxil olmaqla, ABŞ və Böyük Britaniya arasında əməkdaşlığın digər əsas istiqamətlərini də müzakirə ediblər.

Bundan başqa, xarici siyasət idarələrinin rəhbərləri qarşıdan gələn NATO sammitini müzakirə edib və “sülh və sabitliyin təmin edilməsi üçün müdafiə xərclərinin artırılmasının vacibliyini” təsdiqləyiblər.