• 24 °C
|

Tramp administrasiyası İranın nüvə obyektlərinə zərbələr barədə İsraili əvvəlcədən xəbərdar edib

22 İyun 2025
img

ABŞ Prezidenti Donald Trampın administrasiyası İsraili Amerika təyyarələrinin İrana qarşı gözlənilən zərbələri barədə əvvəlcədən xəbərdar edib.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı İsrail rəsmisinə istinadən yazıb.

Zərbədən əvvəlki günlərdə Ağ ev başçısı və onun komandası diplomatiyanın tükəndiyinə və İranın nüvə proqramının ləğvi üçün hərbi əməliyyatların tələb olunacağına daha çox əmin olublar.

“Heç bir sazişin mümkün olmadığına artıq əmin olan Tramp bir zamanlar qaçınmağa ümid etdiyi hərbi variantı irəli sürdüyü görünür”, – nəşr qeyd edib.