• 24 °C
|

İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib

22 İyun 2025
img

ABŞ-nin İrana qarşı endirdiyi zərbələr beynəlxalq hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulmasıdır.

"Report"un məlumatına görə, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.

“Şübhəsiz ki, ABŞ-nin İranın suverenliyi və ərazi bütövlüyünə qarşı hərbi təcavüzü beynəlxalq hüququn və BMT Nizamnaməsində təsbit olunmuş məcburi beynəlxalq normaların kobud şəkildə pozulmasıdır”, – İrəvaninin BMT Təhlükəsizlik Şurasının sədri və baş katibinə ünvanladığı məktubda deyilir.

“Beynəlxalq sülh və təhlükəsizliyə qarşı vəhşi və cinayətkar əməllərin ağır və genişmiqyaslı nəticələrini nəzərə alaraq, İran İslam Respublikası təcili olaraq Təhlükəsizlik Şurasından bu açıq-aşkar və qeyri-qanuni təcavüz aktını müzakirə etmək üçün təcili iclas çağırmağı xahiş edir”, – məktubda həmçinin deyilir.