• 23 °C
|

Həftə ərzində 1420 hektar ərazi minalardan təmizlənib

23 İyun 2025
img

Azad olunan ərazilərdə iyunun 17-dən 22-dək 34 tank əleyhinə, 70 piyada əleyhinə mina, 1445 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1420.9 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, ANAMA minatəmizləmə əməliyyatlarını Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət ilə birgə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.