24 İyn 2025
Bakıda yük avtomobili qadını vuraraq öldürüb.
"Report" xəbər verir ki, 1975-ci il təvəllüdlü, İsmayılov Rövşən Mövlud oğlu idarə etdiyi “Mercedes Axor” markalı yük avtomobili ilə Binəqədi şosesi-DSK yolu şəhid Nicat Mustafayev küçəsində hərəkətdə olarkən piyada Mahmudova Səbuhə Kəmaləddin qızını vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.