• 25 °C
|

İran AEBA-nı zənginləşdirilmiş uran ehtiyatlarının qorunması tədbirləri barədə məlumatlandırıb

25 İyun 2025
img

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) zənginləşdirilmiş uran ehtiyatlarının qorunması istiqamətində tədbirlərin görülməsi barədə məlumatlandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.

O, həmçinin müfəttişlərin İranın nüvə obyektlərinə buraxılmasının AEBA-nın prioriteti olduğunu qeyd edib.

Bundan əlavə, Qrossi İranın nüvə proqramı ilə bağlı məsələnin diplomatik yolla həlli imkanının olduğunu bildirib. Onun fikrincə, "bu imkanı əldən vermək olmaz".