29 Apr 2026

Sabirabadda baş verən qəzada 3 nəfər ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb.
Belə ki, “QAZ 24” markalı avtomobilin digər yük avtomobili ilə toqquşması nəticəsində 3 nəfər kənd sakini hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.