• 14 °C
|

Tovuzda dönərdən zəhərlənənlər xəstəxanadan evə buraxılır

26 İyun 2025
img

Tovuzda dönərdən zəhərlənənlər xəstəxanadan evə buraxılır.

TƏBİB-dən APA-nın yerli bürosunaverilənxəbərə görə, 25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 35 nəfər (16-sı kişi, 19-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.