• 25 °C
|

DİN narkomaniya əleyhinə sosial çarx hazırlayıb – VİDEO

26 İyun 2025
img

DİN 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar sosial çarx hazırlayıb

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

"26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir.

Bu məqsədlə Daxili İşlər Nazirliyi (DİN) antinarkotik təbliğatın daha da gücləndirilməsi məqsədilə növbəti sosial çarx hazırlayıb.

Bəşəriyyətin ən böyük bəlası olan narkotiklərə qarşı mübarizəmizi qətiyyətlə davam etdirir və hər zaman davam etdirəcəyik!", – deyə, məlumatda qeyd edilib.