• 25 °C
|

Türkiyə Prezidenti İranın Hörmüz boğazını bağlayacağına inanmır

26 İyun 2025
img

Hörmüz boğazının bağlanması böyük çətinlik yaradar, Türkiyə İranın belə bir addım atacağına inanmır.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıtdıqdan sonra jurnalistlərə bildirib.

O vurğulayıb ki, son gərginlik enerji təchizatı təhlükəsizliyinin nə qədər vacib olduğunu bir daha xatırlatdı:

"Türkiyə olaraq biz öz enerji mənbələrimizi artırmaq üçün intensiv iş aparırıq. Qabardakı neftdən Qara dənizdəki təbii qaza qədər bir çox nöqtədə istehsal həyata keçiririk və bunu artırmağa çalışırıq. Digər tərəfdən də neft və təbii qaz axtarış fəaliyyətlərimizi ciddi və qətiyyətlə davam etdiririk. Enerjidə tam müstəqil olma hədəfi ilə idxalımızı azaltmaq, istehsalımızı artırmaq üçün səy göstəririk".

Türkiyə Prezidenti onu da bəyan edib ki, son hədəfləri ölkəni texnologiyada ixracatçı bir ölkəyə çevirməkdir:

"İki gün əvvəl bir şayiə yayıldı, dedilər ki, İran təbii qazı kəsdi. Bu mövzunu dərhal enerji nazirim ilə müzakirə etdim, o da həmkarı ilə əlaqə saxladı. Əslində, belə bir vəziyyət yoxdur. Biz həmçinin İran Prezidenti Pezeşkian ilə görüş keçirdik. Təbii qazımızın kəsilməsi kimi bir vəziyyətin olacağına qətiyyən ehtimal belə vermirik. Hazırda İrandan təbii qazımız gəlir. Hər hansı bir çətinliyimiz yoxdur".