• 25 °C
|

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin növbəti mərhələsi baş tutub

26 İyun 2025
img

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin növbəti mərhələsi olub.

“Report” xəbər verir ki, bu barədə TASS Rusiya danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.

"Əsir mübadiləsinin növbəti mərhələsi İstanbul razılaşmaları çərçivəsində baş tutub. Mübadilə bərabər əsasda həyata keçirilib", – mənbə bildirib.

İstanbulda keçirilən danışıqlardan sonra Rusiya və Ukrayna “1 000-ə 1 000" düsturuna əsasən məhbusların mübadiləsi barədə razılığa gəliblər.