• 30 °C
|

Azərbaycanın BƏƏ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu kəskin azaldıb

28 İyun 2025
img

Bu ilin l rübündə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına17,4milyon ABŞ dolları birbaşa investisiya qoyub.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73,6 % azdır.

Hesabat dövründə Azərbaycanın BƏƏ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı19,9%-dən5,5%-ə düşüb.

Rüb ərzində BƏƏ isə Azərbaycan iqtisadiyyatına 110,3milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 42,1 % azdır.

Hesabat dövründə Gürcüstanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 0,6%-dən0,7%-ə çatıb.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 315,1 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 1 milyard 519 milyon ABŞ dolları (0,7 % çox) təşkil edib.