• 28 °C
|

Ucarda yük maşını aşıb, sürücü xəsarət alıb – FOTO

29 İyun 2025
img

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax əsas magistral yolunun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Murad İslam oğlu Mustafayevin idarə etdiyi, mişar daşı ilə yüklənmiş “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzanın baş verdiyi yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Aidiyyəti qurumların müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.