• 25 °C
|

Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək

30 İyun 2025
img

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qırğızıstanda keçiriləcək KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.

APA xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

İclas bazar ertəsi keçiriləcək. Qeyd edək ki, Ermənistan ötən ilin yayında KTMT-dəki iştirakını dondurub.