01 İyl 2025
ABŞ Rusiyanı Ukraynada atəşi dərhal dayandırmağa və üçtərəfli danışıqlara başlamağa çağırıb.
“Report” xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
Eyni zamanda, Kelloq Rusiyanı vaxtı uzatdığına görə qınayıb və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun danışıqların vəziyyəti ilə bağlı son şərhlərini “Oruell” adlandırıb.
Qeyd edək ki, “Oruell” sözünün mənası dövlət tərəfindən təbliğat məqsədilə informasiyadan aldadıcı və manipulyasiya məqsədilə istifadə edilməsi deməkdir.